Aeroport yolundakı ağır qəza ilə bağlı "BakuBus"dan AÇIQLAMA

Sadə xəbər
CƏMİYYƏT 06.04.2025 3429
Ötən gecə saat 22:30-da Sabunçu rayonu, aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata əsasən, "Saipa" markalı minik avtomobili hava limanı istiqamətində hərəkətdə olan zaman evakuatorla toqquşub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "BakuBus" Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, toqquşma nəticəsində evakuatorun sürücüsü idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb və mərkəz istiqamətində hərəkətdə olan, "BakuBus" MMC-nin H1 (Hava Limanı Ekspres) marşrut xətti üzrə fəaliyyət göstərən, 99-JH-355 dövlət qeydiyyat nişanlı "Neoplan" markalı avtobusa çırpılıb.

Hadisə nəticəsində avtobusun sürücüsü İbrahim Qaziyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və dərhal təcili tibbi yardım vasitəsilə 3 saylı Kliniki Xəstəxanaya çatdırılıb. Avtobusda olan sərnişinlər arasında xəsarət alan yoxdur.

Baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Məhərrəm Əliyev

01:30

Aeroport şosesində baş vermiş qəza nəticəsində xəsarət alanlardan 3 nəfəri Sabunçu Rayon 3 Saylı Şəhər Klinik Xəstəxanasına gətirilib.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, avtobusun sürücüsünün sol aşağı ətrafından ağır xəsarət aldığı bildirilir.

05 aprel, 23:48

Bakının Xəzər rayonu, aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən bildirilib.

Qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın aradan qaldırılması üçün işlər görülür.

05 aprel, 23:36

Aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, evakuator aeroporta gedən ekspres avtobusuna çırpılıb.

Hadisə nəticəsində ölən və yaralıların olduğu bildirilir.

Yaralılar təcili tibbi yardım vasitəsilə 3 saylı Kliniki Xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, məsələ ilə bağlı müvafiq qurumlara sorğu ünvanlanıb.

 

 

Məhərrəm Əliyev

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top