Fransa ABŞ-nin onun ərazisinə iddia qaldıra biləcəyindən narahatdır

Sadə xəbər
DÜNYA 05.04.2025 3363

Fransa ABŞ-nin onun Qrenlandiyadakı ərazilərinə iddia edəcəyindən narahatdır.

Oxu.Az xəbər verir ki, bu barədə "Le Figaro" qəzetində dərc edilən analitik yazıda qeyd olunub.

"Qrenlandiyada baş verənlər Fransaya məxsus olan Yeni Kaledoniyada, Polineziyada, dəniz kənarındakı ərazilərdə də baş verə bilər. Bu tale bizim başımıza da gələ bilər", - deyə yazının müəllifi qeyd edib.

Müəllif vurğulayıb ki, ABŞ-nin Fransaya qarşı təhdidlərini qiymətləndirməmək olmaz. O buna misal olaraq Sen-Pyer və Mikelon adalarından (Fransanın dəniz ərazilərinə daxil olan departamenti - red.) gətirilən mallara Vaşinqtonun 99%-lik rüsum tətbiq etməsini göstərib.

Xatırladaq ki, bir müddət əvvəl, ABŞ dövlət katibi Marko Rubio bildirmişdi ki, Danimarka hakimiyyəti Qrenlandiyanın onun tərkibində olmaq istəmədiyini etiraf etməlidir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top