ABŞ Rusiya ilə danışıqlarda real irəliləyiş gözləyir

Sadə xəbər
DÜNYA 23.03.2025 3001

ABŞ Ukrayna böhranının həlli üçün Səudiyyə Ərəbistanında Rusiya ilə danışıqlarda real irəliləyişin əldə olunacağını gözləyir.

Saat24.Az "Fox News"a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib.

"Düşünürəm ki, martın 24-də Səudiyyə Ərəbistanında, xüsusən də Qara dənizdə atəşkəslə bağlı real irəliləyiş olacaq. Bundan sonra təbii olaraq tam atəşkəsə doğru hərəkət ediləcək", - deyə o qeyd edib.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, martın 24-də Ər-Riyadda Rusiya və ABŞ ekspertləri arasında Ukrayna üzrə məsləhətləşmələr keçiriləcək. Onun sözlərinə görə, məsləhətləşmələrdə Rusiya nümayəndə heyətinə senator Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti (FTX) direktorunun müşaviri Sergey Beseda başçılıq edəcək.

XƏBƏR LENTİ
05.05.2025 2965

DİGƏR XƏBƏRLƏR

Loading
Top