Fidan: "Türkiyə, İran və İraqdan gələn terrorçular Suriyada gizlənirlər"

Sadə xəbər
DÜNYA 16.02.2025 3077

"Türkiyə, İran və İraqdan gələn terrorçular Suriyanın şimalında İŞİD-ə qarşı mübarizə adı altında gizlənirlər".

Oxu.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dəməşq üçün yeni şəfəq: Suriyada keçid prosesinin perspektivləri" mövzulu paneldə çıxışı zamanı deyib.

"Region ölkələri Suriya ilə bağlı həmfikirdirlər. Biz qonşu ölkələrə qarşı təhdid görmək istəmirik. Terrorçuluğun inkişafını istəmirik. Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasını istəyirik", - o vurğulayıb.

Nazir bildirib ki, digər ölkələr kimi, Suriyada da yalnız bir qanuni silahlı qüvvələr olmalıdır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top