İsrail ordusu Qərb sahilində 65 terrorçu zərərsizləşdirib

Sadə xəbər
DÜNYA 16.02.2025 3046

İsrail ordusu İordan çayının Qərb sahilində yanvarın sonunda başlayan antiterror əməliyyatı nəticəsində 65 terrorçunun məhv edildiyini bildirib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında qeyd olunub.

Məlumata görə, İsrail təhlükəsizlik qüvvələri tərəfindən terrorçuların istifadə etdikləri silah və hərbi texnika da müsadirə edilib.

Ordunun mətbuat xidməti bildirib ki, qüvvələr terror fəaliyyətinin qarşısını almaq və mülki sakinlərin təhlükəsizliyini təmin etmək üçün əməliyyatları davam etdirəcəklər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top