
"Əgər Ukraynanı NATO-da görmək istəmirlərsə, Kiyevin 1.5 milyon nəfərlik ordusu olmalıdır".
Oxu.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Münhendə jurnalistlərə açıqlamasında deyib.
"Əgər biz hələlik NATO-da deyiliksə, bizi qorumağa qadir ordumuz və müvafiq sayda əsgərimiz olmalıdır. Bu, 1.5 milyon nəfərlik ordu olacaq", - o bildirib.
Zelenskinin sözlərinə görə, Ukrayna ordusu indi demək olar ki, bunun yarısı qədərdir.
"Bu ordunu saxlamaq indiki kimi 40 milyard dollara deyil, 60 milyard dollara başa gələcək", - Zelenski qeyd edib.