Goranboyda qəzada ölən və yaralananların kimliyi məlum olub

Sadə xəbər
GÜNDƏM 09.02.2025 3183

Goranboyda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, fevralın 9-da Goranboy-Ağcakənd avtomobil yolunun Zeyvə kəndindən keçən hissəsində Səfikürd kənd sakini, 17.05.2003-cü il təvəllüdlü Məhəmməd Talıb oğlu Bayramovun idarə etdiyi VAZ-2107 markalı avtomobil 01.07.1995-ci il təvəllüdlü Vahid Mobil oğlu Hüseynzadənin idarə etdiyi pikapla toqquşub.

Qəza nəticəsində Məhəmməd Bayramov vəfat edib. Onun maşınında olan digər sərnişinlər - Səfikürd kənd sakinləri 18.01.2001-ci il təvəllüdlü Mehman Aydın oğlu Allahverdiyev, 18.02.2001-ci il təvəllüdlü Uğur Ceyhun oğlu Babayev və 12.06 2001-ci il təvəllüdlü Məftun Namiq oğlu Allahyarov müxtəlif bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Pikapın sürücüsü və sərnişinlər - Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti yaşayan 06.15.1980-ci il təvəllüdlü Samir Gülbaba oğlu Hacıbabayev, Qaraçinar kəndində müvəqqəti yaşayan 09.11.1971-ci il təvəllüdlü Zəminə Rəfail qızı Qasımova müxtəlif bədən xəsarətləri ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yeləşdiriliblər.

Goranboyda iki minik maşını toqquşub.

Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, hadisə Goranboy-Ağcakənd yolunun rayonun Zeyvə kəndindən keçən hissəsində baş verib.

Hərəkətdə olan VAZ markalı minik maşını ilə digər avtomobil toqquşub. Qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top