İran Ali məhkəməsi Azərbaycan səfirliyinə terror hücumu edən şəxs barəsində edam hökmünü təsdiqləyib

Sadə xəbər
DÜNYA 22.01.2025 3115

İranın Ali məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu etmiş Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmünü təsdiqləyib.

Oxu.Az-ın ISNA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İran məhkəmə sisteminin sözçüsü Əsgər Cahangiri mətbuat konfransında bildirib.

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb. Onun barəsində 2024-cü ilin fevral ayında edam hökmü çıxarılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top