Sadə xəbər
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıblar.
Oxu.Az xəbər verir ki, imzalanma mərasimi Dövlət Departamentinin "YouTube" kanalında yayımlanıb.
Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda imzalayıblar.
Qeyd edək ki, İrəvan və Vaşinqton arasında ikitərəfli strateji dialoqu strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq niyyəti hələ 2024-cü ilin iyununda elan edilmişdi.