Rusiyanın Paşinyana cavabı gecikmədi

Sadə xəbər
DÜNYA 05.12.2024 6727

Ermənistanın təhlükəsizliyini ancaq KTMT təmin edə bilər. 

"Saat24.az" xəbər verir ki, bu barədə Ruiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov deyib. 

Onun sözlərinə görə, gec-tez Ermənistanın KTMT və digər ölkələrlə olan fikir ayrılıqları öz həllini tapacaq: "Mən prezidentimizin təqdim etdiyi mövqeyə sadiqəm. Ümid edirik ki, gec-tez Ermənistanın Rusiya və digər KTMT üzvləri ilə olan bu fikir ayrılıqları aradan qalxacaq. Mən sadəcə olaraq görmürəm ki, KTMT istisna olmaqla, Ermənistanın təhlükəsizliyini xarici təhlükə zamanı kimin əvəz edə, kim təmin edə bilər". 

Xatırladaq ki, parlamentdə hökumət saatı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edib ki, Ermənistanla KTMT arasında münasibətlərin dondurulması ilə bağlı vəziyyətin Qarabağa heç bir aidiyyatı yoxdur: "KTMT-də iştirakımızın dondurulması kontekstində biz Qarabağ mövzusuna ümumiyyətlə toxunmadıq. Biz dedik ki, KTMT-nin fəaliyyətində iştirakımızı dondururuq, bu o deməkdir ki, biz heç bir sənədin hazırlanmasında və müzakirəsində iştirak etmirik, təklif vermirik, təkliflərə heç bir şəkildə reaksiya vermirik. Biz sadəcə olaraq heç bir sənədə veto qoymuruq. Biz artıq özümüzü KTMT-dən kənarda hesab edirik. Onlar nə istəyirlər, qərar versinlər, biz həmkarlarımıza hörmət edərək onların işlərinə qarışmırıq. Amma bir daha deyirəm, o cümlədən bu hadisələr və onların ictimai qarşılıqlı ifadəsi arasındakı uçurum Ermənistan Respublikasının KTMT-yə qayıtmasını getdikcə çətinləşdirir, hətta mümkünsüz edir. Düşünürəm ki, biz burada geri dönüşü olmayan nöqtəni keçdik". 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top