Sadə xəbər
ABŞ prezidenti Co Bayden İsraillə Livanın "Hizbullah" hərəkatı arasında 13 aydır davam edən döyüşlərə son qoymaq üçün atəşkəs razılaşmasının əldə olunduğunu təsdiqləyib.
"Saat24.az" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Sabah yerli vaxtla saat 04:00-da (Bakı vaxtı ilə 06:00) Livan-İsrail sərhədində döyüşlər başa çatacaq. İsrail 60 gün ərzində qoşunlarını Livandan çıxarmalıdır və "Hizbullah"ın bir daha İsrailin təhlükəsizliyini təhdid etməsinə icazə verilməyəcək. İsraillə Livanın "Hizbullah" hərəkatı arasında sülh razılaşması ABŞ-nin təşəbbüsü ilə əldə olunub", - deyə Bayden açıqlayıb.
Onun sözləriə görə, bu, Livanda son onilliklərin ən ölümcül münaqişəsi olub və nəticədə 3823-dən çox adam həlak olub.