Manşet
ABŞ-də seçkilərdə qalib gələn Donald Trampın komandası “yeni diplomatik təkan” çərçivəsində Şimali Koreya lideri Kim Çen Inla birbaşa danışıqlar aparmaq imkanını nəzərdən keçirir.
"Saat24.az" xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu cür səylər silahlı münaqişə risklərini də azalda bilər.
Mənbələr vurğulayır ki, Trampın əsas məqsədi Vaşinqton və Pxenyan arasında əsas qarşılıqlı əlaqələri bərpa etməkdir. Lakin danışıqların dəqiq qrafiki hələ müəyyən edilməyib.