Sadə xəbər
İsrail Livanda atəşkəs razılaşmasını şərti olaraq təsdiqləyib.
"Saat24.az" xəbər verir ki, bu barədə "Ynet" nəşri bir sıra mənbələrə istinadən məlumat yayıb.
İsrailin “Hizbullah” şiə hərəkatı ilə müqavilə layihəsi İsrail ordusunun Livanın cənubunu tərk etməli olduğu 60 günlük keçid dövrünü nəzərdə tutur. Bundan sonra Livan ordusunun sərhədə yaxın ərazilərə yerləşdiriləcəyi, "Hizbullah"ın isə ağır silahlarını Litani çayının şimalına daşıyacağı gözlənilir. Təşəbbüsün həyata keçirilməsinə nəzarəti ABŞ-nin rəhbərlik etdiyi komitə həyata keçirməli olacaq.