"Koreya yarımadasında müharibə qaçınılmazdır" - Kim Çen In

Sadə xəbər
DÜNYA 18.11.2024 2373

Şimali Koreya lideri Kim Çen In Koreya yarımadasında müharibəni qaçılmaz adlandırıb.

"Saat24.az" xəbər verir ki, oOnun sözlərini Şimali Koreyanın dövlət xəbər agentliyi (KCNA) sitat gətirib. 

KXDR lideri  Koreya Xalq Ordusunun batalyon komandirləri və siyasi təlimatçılarının görüşündə çıxışı zamanı ordunun müharibəyə tam hazır olmasının təmin edilməsinin vacibliyini vurğulayıb. 

"ABŞ və marionet Koreya Respublikası da daxil olmaqla düşmən qüvvələrin respublika əleyhinə hərbi qarşıdurma çılğınlığının təhdidedici xarakteri Koreya yarımadasında tarixin ən gərgin vəziyyəti yaradıb", - deyə Kim Çen In vurğulayıb. 

Onun fikrincə, dövlətin genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşmasının səbəbi məhz budur.

Kim Çen In hərbi komandirlərə göstəriş verdikdən sonra ölkənin heç bir məhdudiyyət olmadan nüvə potensialını artıracağını xüsusi qeyd edib.

Bildirək ki, KXDR-də komandirlərin və siyasi təlimatçıların sonuncu görüşü on il əvvəl baş tutub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top