Sadə xəbər
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp siyasətçinin seçki kampaniyasında mətbuatla ünsiyyətə məsul olan Karolin Levitti Ağ Evin gələcək mətbuat katibi təyin edib.
"Saat24.az" xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasının keçid qrupu bəyanat yayıb.
"Bu gün ABŞ-nin 45-ci və 47-ci prezidenti Donald Tramp Karolin Levittin Ağ Evin mətbuat katibi olacağını açıqlayıb", - deyə məlumatda bildirilir.
27 yaşlı Levitt Trampın seçki kampaniyası üzrə milli mətbuat katibi olub və Ağ Evdə mətbuat katibinin köməkçisi işləyib.