Sadə xəbər
Moldovanın keçmiş baş naziri (2019-2020), İnkişaf və Birlik Partiyasının (PROM) lideri İon Kiku yeni seçilmiş prezident Maya Sandunun təşəbbüsü ilə siyasi korrupsiya ilə bağlı məsləhətləşmələrdə iştirak etmək dəvətindən imtina edib.
"Saat24.az" TASS-a istinadən xəbər verir ki, Kiku imtina barədə Teleqram kanalında yazıb.
"Məni seçkilərdə saxtakarlıq və korrupsiya nəticəsində seçilmiş bir şəxs dəvət etmişdi ki, seçkilərdə korrupsiya ilə necə mübarizə aparmaq olar bardə müzakirə aparım. Maya, sən prezident deyilsən, siyasi fırıldaqçı və qəsbkarsan. PROM seçkiləri tanımır və saxtakarlarla heç bir əlaqəsi yoxdur" - deyə Kiku Teleqram kanalında yazıb.