Manşet
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın qırmızı qalstuku dünya mediasının diqqətini çəkib.
"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, syasətçi ötən gün Floridada tərəfdarları qarşısına tünd mavi kostyum, ağ köynək və tez-tez ictimai çıxışlar zamanı taxdığı qırmızı qalstukda səhnəyə çıxıb.
Stilistlərin sözlərinə görə, Tramp xüsusi olaraq qırmızı qalstuk seçib, çünki bu rəng qələbə və gücü simvolizə edir.