Manşet
Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Livan əhalisinə humanitar yardımın yeni partiyasını çatdırıb.
"Saat24" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Livan əhalisi üçün humanitar yardımın növbəti partiyasını çatdırıb", - məlumatda deyilir.
Qeyd olunub ki, Rusiya fövqəladə hallar departamentinin xüsusi İl-76 təyyarəsi ümumi çəkisi təxminən 24 tona yaxın olan humanitar yükləri, o cümlədən dərmanlar, qida, eləcə də ilkin tələbat mallarını çatdırıb.
Bu, artıq Rusiya Fövqəladə Hallar Nazirliyinin humanitar yardımının üçüncü xüsusi reysidir.