Amerikaya gedən təyyarə rusiyalıya görə təcili eniş etdi

Sadə xəbər
DÜNYA 05.11.2024 3321

Noyabrın 5-də səhər saatlarında Daşkənddən  Nyu-Yorka havaya qalxan “Özbəkistan Hava Yolları”na məxsus təyyarə sərnişinlərdən birinin xəstəliyi səbəbindən qalxdığı hava limanına qayıdıb. 

"Saat24.az" xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, HY-101 reysi ilə havaya qalxan Boeing 787-8 təyyarəsi Daşkəndə qayıdıb. Təyyarədə 1967-ci il təvəllüdlü Rusiya vətəndaşının xəstələnməsi səbəbindən ekipaj təcili eniş etmək qərarına gəlib. 

Rusa ilkin tibbi yardım göstərilib və Daşkənddəki tibb müəssisəsinə aparılıb. Mətbuat xidməti bildirir ki, hazırda təyyarə yenidən Nyu-Yorka uçmağa hazırlaşır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top