Atasının meyitini illərlə soyuducuda saxladı

Sadə xəbər
DÜNYA 01.11.2024 3769

Arizona sakini Cozef Hill keçən həftə həbs edilib.

"Saat24.az" xarici mediaya istinadən xəbər verir ki, o, 4 ildir atasının meyitini soyuducuda gizlətməkdə və bir nəfərin ölümündə ittiham olunur. Həbs zamanı Hill soyuducunu 4 il əvvəl, atasının ölümündən bir gün sonra aldığını deyib. Üstəlik, Hill 2023-cü ilin mart ayına qədər atasının sosial müavinətlərini almağa davam edib. O, atasının evini itirməkdən və miras ala bilməməkdən qorxduğu üçün bu addımı atdığını deyib.

Evin həyətində soyuducu olması barədə polisə qonşular məlumat veriblər.

Cozef Hillin atasının ölüm səbəbi hələ müəyyən edilməyib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top