Sadə xəbər
ABŞ-nin Corciya şəhərində dəfn evində 18 nəfərin və iki ev heyvanının çürümüş qalıqları tapılıb.
"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, dəfn evinin sahibi insanların meyitini gizlətməkdə təqsirli bilinib.
Duqlasdan olan 39 yaşlı Kris Conson oktyabrın 28-i bazar ertəsi həbs edilib. Bu adam "Johnson" dəfn və kremasiya xidmətlərinin sahibi olub. Polislər onun evində axtarış aparıb və 18 nəfərin meyitnin qalıqlarını tapıb.
"Johnson"un Dəfn və Kremasiya Xidmətinin digər işçiləri və adamın vəkilləri mətbuata danışmaqdan imtina ediblər. Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.