Sadə xəbər
Oktyabrın 30-da Belarusun Ostrovetski rayonu ərazisində dövlət qurumlarının terror aktlarına cavab verməyə hazırlığını yoxlamaq üçün təlimlər keçiriləcək.
"Saat24.az" xəbər verir ki, bu barədə Belarusun Dövlət Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Tədbirlərdə, xüsusən də Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin, Daxili İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, İstintaq Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin bölmələri iştirak edəcək.
Buraya hərbi və digər xüsusi texnikanın cəlb olunacağı gözlənilir.