Çində dünyanın ilk uçan avtomobil zavodunun tikintisi başlandı

Sadə xəbər
DÜNYA 30.10.2024 2316

Çində dünyanın ilk intellektual uçan avtomobil istehsalı bazasının tikintisinə başlanılıb.

"Saat24.az" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. 

XPENG-in uçan avtomobil törəmə şirkəti XPENG AEROHT tərəfindən istismara verilən istehsal bazası dünyada uçan avtomobillər üçün ilk kütləvi istehsal zavodu olacaq.

"XPENG AEROHT"a görə, zavod 180 min kvadratmetr ərazini tutur. Zavodun tikintisinin birinci mərhələsi layihəsi “Yerüstü təyyarə daşıyıcısı” modelinin uçan avtomobili üçün hava modulunun istehsalı üçün nəzərdə tutulub. Gələcək layihənin istehsal gücü ildə 10 min ədəd avtomobil olacaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top