Müharibəyə görə ölkələrini tərk edən ailə Amerikada öldü

Sadə xəbər
DÜNYA 19.10.2024 2417

ABŞ-də Helen qasırğası nəticəsində 2022-ci ildə Ukraynadan köçən bir ailənin bütün üzvləri ölüb.

"Saat24.az" xarici KİV-ə istinsadən xəbər verir ki,  ailə Rusiya-Ukrayna arasında başlanan müharibəyə görə Amerikaya köçübmüş. 

Qasırğa sentyabrın 27-də Şimali Karolinanın qərbindən keçib.  Fırtına zamanı South Toe çayı aramsız yağan yağış səbəbindən sahillərini aşıb və Rick Vibin ailəsinin evini dağıdıb. Bundan sonra 2022-ci ilin aprelində Xerson vilayətindən təxliyə edilən Vibinin qardaşının ailəsi ( həyat yoldaşı və oğlu) həyatlarını itiriblər. 

Ukraynalı ailənin qalan üzvləri ( digər oğlu və gəlini)  itkin və ya ölmüş hesab edilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top