Pentaqondan yadplanetlilərlə bağlı AÇIQLAMA

Sadə xəbər
DÜNYA 19.10.2024 4201

Pentaqonun Yer planetinə yadplanetlilərin səfərləri ilə bağlı heç bir sübutu yoxdur.

"Saat24.az" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Amerika Hərbi Departamentinin general-mayoru Pet Rayder bildirib.

"Həqiqət ortadadır və bizdə bu planeti ziyarət edən yad həyat formalarına dair heç bir dəlil yoxdur", - deyə general bildirib.

Sentyabrın 16-da Britaniyanın "Daily Mail" nəşri ABŞ Konqresində UFO məsələsi ilə bağlı ictimai dinləmələrin keçirilməli olduğunu yazıb. Qəzet dinləmələrin ABŞ hərbçilərindən birinin UFO-larla bağlı iddiaları, həmçinin keçmiş Pentaqon rəsmisi Luis Elizondonun hərbçinin bədənindən “yadplanetli implant”ın çıxarılması ilə bağlı açıqlamalara görə keçiriləcəyini yazmışdı.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top