Sadə xəbər
Pakistanın Bəlucistan əyalətində kömür mədəninə silahlı hücum edilib.
"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata görə hücum nəticəsində 20 nəfər ölüb.
Səlahiyyətlilər, raket və qumbaraatanların da istifadə edildiyi hücumda ilkin məlumata görə 20 mədənçinin həyatını itirdiyini, 7 mədənçinin isə yaralandığını bildirib.
Ölənlər arasında Əfqanıstan vətəndaşlarının olduğunu və yaralıların xəstəxanaya aparıldığını bildirən səlahiyyətlilər, hücum edənlərin mədəndəki bəzi maşınları yandırdığını açıqlayıb.
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.