Livanda 2 minə yaxın insan qətlə yetirilib

Sadə xəbər
DÜNYA 03.10.2024 2405

İsrailin Livana hücumlarında 1928 nəfərin öldüyü, 9 min 290 nəfərin yaralandığı, 1 milyon 200 min insanın isə qaçqın vəziyyətinə düşdüyü bildirilib.

"Saat24.az" xəbər verir ki, bu barədə Livan hökumətinin Fəlakət Riskinin İdarə Edilməsi Birliyi açıqlama verib.

İsrailin 2023-cü ilin 8 oktyabrdan bu yana həyata keçirdiyi hücumlar nəticəsində ölənlər, yaralananlar və köçkünlər haqqında məlumat verilib.

Açıqlamada, son iki gündə Livanın müxtəlif nöqtələrinə, əsasən də paytaxt Beyrutun cənub bölgələri və Dahiye bölgəsinə təxminən 134 hava hücumu təşkil edildiyi qeyd edilib.

Oktyabrın 8-dən bu yana 1 milyon 200 min insanın İsrailin hücumları səbəbi ilə evlərindən didərgin düşdüyü, bu insanların 160 min 200 nəfərinin sığınacaq mərkəzlərinə yerləşdirildiyi bildirilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top