Şəhid ataları Daxili işlər naziri Vilayət Eyvazova və Zərdab rayon polis şöbəsinin rəisi Ramil Salayevə təşəkkür edib ​​​​​​

Sadə xəbər
CƏMİYYƏT 30.09.2024 8233

Çox hörmət bəslədiyim bir şəhid atası dünən mənə bu şəkli göndərdi və istəkli oğlunun şəhid olmasından həm üzüldüyünü, həm də qürur duyduğunu bildirdi. Dedi ki, Sentyabrın 27-də - şəhidlərimizin Anım günündə Zərdab rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramil Salayev şəhid atalarını rayon Polis Şöbəsinə - iş otağına dəvət etdi.
Hörmətli rəis bizimlə çay və şirniyyat süfrəsi ətrafında görüşərək çox səmimi söhbət etdi. Bildirdi ki, Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canlarını fəda edən övladlarınız bir evin, bir ailənin deyil, bütün xalqımızın igid oğullarıdır. İndi onlarla Vətənimiz qürur duyur. 
Cənab rəis qapısının hər zaman üzümüzə açıq olduğunu vurğuladı. O, sutkanın istənilən vaxtı onunla görüşə və ya telefonla danışa biləcəyimizi bildirdi. Dedi ki, heç nədən çəkinmədən hər hansı xahişlə  mənə edin və əmin olun ki, səlahiyyətim yetən qədər hər birinizə kömək göstərmək üçün ne mümkündür, edəcəyəm.
Hörmətli rəis bizimlə görüşüb səmimi söhbət etməkdən qürur duyduğunu bildirdi. Onu da dedi ki, dövlətimiz və cənab nazirimiz hər bir şəhid ailəsinə hörmət və ehtiramla yanaşmağı bizlərə daim tövsiyə edir.
Bir sözlə, Zərdab Rayon Polis Şöbəsinin rəisi hörmətli Ramil Salayev bu gözəl və unudulmaz görüşdən hədsiz məmnun olduq. Və ürəyimdən keçdi ki, bu səmimiyyətə görə hörmətli nazir Cənab Vilayət Eyvazova və Canab rəisə saytınız vasitəsilə dərin minnətdarlığımı bildirim.

Saat24.Az Coşqun Abdullayev 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top