Manşet
Saat24.Az xəbər verir ki,12 dekabr müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın əvəzsiz lideri, ölkəmizin aydın sabahı naminə həyatını belə əsirgəməyən, Azərbaycan xalqının böyük oğlu,Ulu Öndəri, dünyanın ən böyük Azərbaycanlısı Ümummilli Lider Heydər Əliyevin əbədiyyətə qovuşmasından 21 il keçir. Lakin xalqımız Dahi Şəxsiyyətin nurlu xatirəsini bir an belə unutmur, Onun idealarına böyük sədaqət nümayiş etdirir. Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salsaq görərik ki, Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın milli tarixinin yaradıcısıdır.
Anım günü münasibətilə Zərdab Rayon İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının kollektivi, YAP Zərdab rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, kollektivləri və ictimaiyyət nümayəndələri Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzərək,Onun əziz xatirəsini dərin minnətdarlıq hissi ilə anıblar.
Coşqun Abdullayev
Coşqun Abdullayev