Bank kartından oğurluq edildi

Sadə xəbər
Kriminal 26.09.2024 2240

Bakı şəhər sakini olan bir nəfərin bank kartından oğurluq edilməsi barədə polisə məlumat daxil olub. 

"Saat24.az" xəbər verir ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla tanışının həmin şəxsin mobil telefonunda olan bank tətbiqdən istifadə etməklə onun 1241 manatını oğurlaması məlum olub. 

Oğurluq əməlində törətməkdə şübhəli bilinən 24 yaşlı Aydın Məşiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində isə sentyabrın 10-da bir nəfərin bank kartını oğurlamaqda və həmin kartla 144 manat məbləğində alış-veriş etməkdə şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. 

Faktlarla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top