"Huqqa" restoranında DSX-nin baş gizirini qətlə yetirənlərə hökm oxundu

Sadə xəbər
Kriminal 25.09.2024 2760

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və digər maddələr ilə təqsirləndirilən şəxslər- Zeynalov Orxan Akif oğlu və Abdurahmanov İlqar İlham oğlunun məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub. 

"Saat24.az"ın məlumatına görə, təqsirləndirilən şəxs Orxan Zeynalov son söz nitqi ilə çıxış edib. Sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına gediblər. Müşavirədən sonra hökm elan olunub. Təqsirləndirilən şəxslər- Orxan Zeynalov 19  il müddətinə, İlqar Abdurahmanov isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, dövlət ittihamçısı Eldar Həmzə ötən məhkəmə prosesində Orxan Zeynalovun 20 il, İlqar Abdurahmanovun isə 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Qeyd edək ki, qətlə yetirilən C.Vəliyev DSX-nin giziri olub. Hadisə bu il martın 16-da xidmətdənkənar vaxtda, saat 00:30 radələrində metronun "20 Yanvar" stansiyası yaxınlığındakı restoranda mahnı sifarişinə görə baş verib. Baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Orxan Zeynalova qarşı Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 (bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və 221.2.2-ci (xuliqanlıq), İlqar Abdurrahmanova isə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 (bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top