Sadə xəbər
Sentyabrın 16-da Amur vilayətində yoxa çıxan "Robinson R66" helikopterinin itdiyi iddia edilən yer bataqlıq, əlçatmaz ərazidə yerləşir.
"Saat24.az" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, radarlardan itən helikopterin göyərtəsində bir pilot və iki sərnişin olub.
İlkin məlumatlara görə, sentyabrın 16-da axşam saatlarında Amur vilayətinin Zeya rayonunda "Robinson R66" təyyarəsindən təcili radio mayak siqnalı daxil olub. Helikopterin axtarışına 20-yə yaxın canlı qüvvə və 7 texnika cəlb olunub. Təyyarə Xarqu qızıl mədən şirkətinə məxsusdur, ona görə də şirkət axtarış da təşkil edib. Şirkətdən səkkiz nəfərdən və iki texnikadan ibarət iki yerüstü komanda iştirak edir.