Sadə xəbər
ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasının seçkilərdə prezidentliyə namizədi Donald Tramp mühacirlərin ev heyvanlarını yeməsi ilə bağlı iddialarını bir daha dilə gətirib.
"Saat24.az" xəbər verir ki, Trampın "immiqrantlar ev heyvanları yeyir" iddiasından sonra sosial mediada yüzlərlə süni intellekt görüntüsü paylaşılıb.
Səlahiyyətlilər ev heyvanlarına zərər vurulduğuna dair məlumat olmadığını bildirsələr də, Trampın sözləri tez bir zamanda trend mövzusuna çevrilib.
Sosial media istifadəçiləri #PetsForTrump heşteqi ilə Tramp və ev heyvanlarının süni intellektlə yüzlərlə şəkilini paylaşıblar.