Sadə xəbər
İslandiya mamırının dəri xəstəliklərinin müalicəsində kömək edətdiyi qeydə alınıb.
“Saat24.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Living Tree” brendinin təsisçisi və texnoloqu Sergey Staritsın danışıb.
İslandiya mamırının tərkibində bu balzamı dərinin iltihabı ilə mübarizədə təsirli edən bioaktiv maddələr kompleksi var. Onun əsas komponenti açıq-aşkar antibakterial və iltihab əleyhinə xüsusiyyətlərə malik güclü təbii antibiotik və antiseptik olan usnik turşusudur.
Qeyd edək ki, İslandiya mamırı baxım kosmetikasında geniş istifadə olunur.