Mədə qıcqırmasını aradan qaldırmağın təbii yolları

Manşet
Səhiyyə 14.10.2024 2220

Yeməkdən sonra mədədə tez-tez qıcqırma hissi yaşayırsınızsa bunun səbəbi mədə turşusunun həddindən artıq olması ola bilər. Yeməkdən sonra mədənizdə yanma, ağrı və şişkinlik hiss etmək istəmirsinizsə, diqqət etməli olduğunuz bəzi qaydalar vardır.

"Saat24.az" yeməkdən sonra mədə yanmasının qarşısını almağın yollarını təqdim edir:

Mədə qıcqırmasının əlamətləri:
•    Ağızda acı və turş dad
•    Uzanmaq və əyilməklə şikayətlərin artması
•    Gəyirmə
•    Bulantı və qusma
•    Udmaqda çətinlik
•    Mədə şişməsi
•    İştahsızlıq
•    Hıçqırıq
•    Quru öskürək

Mədə qıcqırmasının qarşısını almaq üçün bəzi təbii yollar vardır:

Zəncəfil çayı:
Zəncəfil çayı mədəni rahatlaşdırır və həzmi asanlaşdırır. Zəncəfil çayının istehlakı mədənin selikli qişasının iltihabını və mədədə qıcıqlanmanı azaldaraq mədə yanmasına yaxşı təsir edir.

Nanə çayı:
Mədə əzələlərinin rahatlamasına, öd axınının yaxşılaşdırılmasına, qidanın həzm edilməsinə və mədədən daha sürətli keçməsinə kömək etməklə mədə yanmasının qarşısını alır.

Qatıq:
Çox soyuq olmamaq şərti ilə qatıq istehlakı mədə yanmasını sakitləşdirir və bağırsaqda sağlam bakteriya balansını dəstəkləyir.

Eyni zamanda, 
1. Hər iki saatdan bir kiçik yeməklər və ya qəlyanaltılar, daha çox yüngül yeməklərə üstünlük yemək daha yaxşı olar.
2. Yemək yeyərkən tələsməyin. Yeməyi yaxşıca çeynəyin.
3. Turş tərkibli qidalardan uzaq durun. Bunun əvəzinə daha çox kəsmik, südlü içkilər və ya qatıq istehlak edin.Bunlar həzmə kömək edir.
4. Yemək bişirərkən artıq yağ istifadəsini azaldın və yeməklərinizi daha az və sağlam yağla hazırlamağa diqqət edin.
5. Stressdən qaçın, çünki narahatlıq və gərginlik turşuluğu artıra və mədənizə mənfi təsir göstərə bilər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top