Aliment ödəməyənlərin əmlakı müsadirə olunacaq

Manşet
Sosial 07.09.2024 2855

Azərbaycanda aliment ödəməkdən boyun qaçıranların sayı açıqlanıb. Statistika hər il bu rəqəmin artdığını göstərir.

“Saat24.az” yerli mətbuata istinadən xəbər verir ki, təkcə bu ilin ilk yarısında Azərbaycanda 7 min 606 nəfər aliment öhdəliklərini yerinə yetirməkdən yayınaraq gizlənib. Həmin şəxslərin 3 min 174 nəfərinin yeri müəyyən edilib. 4 mindən çox şəxsin  axtarışları isə davam edir.

Ekspertlər isə son illər aliment ödəməkdən yayınanların sayının artmasını müxtəlif səbəblər göstərirlər.

Qeyd edək ki, Hüquqşünans Şamil Paşayev deyir ki, aliment ödəməkdən yayınmağa çalışanların əmlakı da müsadirə oluna bilər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top