Bu prospektdə hərəkət tam məhdudlaşdırılacaq

Manşet
CƏMİYYƏT 04.09.2024 2173

Sentyabrın 6-da saat 06:00-dan etibarən Bakının 8 Noyabr prospektində (Ramiz Quliyev küçəsindən Zığ dairəsi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

"Saat24.az" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur",- deyə məlumatda qeyd edilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top