Sadə xəbər
İsrail ordusunun Quru Qoşunları Komandanı istefa verib.
"Saat24.az" xarici KİV-Ə istinadən xəbər verir ki, İsrail Quru Qoşunlarının komandanı Tamir Yadai tutduğu vəzifədən istefa verib.
Tamir Yudainin şəxsi səbəblərdən istefa verdiyi bildirilib.
Qeyd edək ki, Yadai son 3 ildə Quru Qoşunlarının komandanı olub. Bildirilib ki, İsrail ordusunun Baş Qərargah rəisi general-leytenant Herzi Halevi və müdafiə naziri Yoav Gallant Yadainin istefasını qəbul edib.
Onu kimin əvəzləyəcəyi isə hələlik məlum deyil.