Türkiyədə amerikalı hərbçilərə hücum edildi

Sadə xəbər
DÜNYA 03.09.2024 2154

Türkiyənin qərbində, İzmir vilayətində “Türkiyə Gənclik Birliyi” sağçı radikal hərəkata mənsub bir qrup gənc sentyabrın 2-də iki amerikalı hərbçiyə hücum edib.

"Saat24.az" xəbər verir ki,  bu barədə “The Guardian” məlumat yayıb.

"Bazar ertəsi Türkiyənin qərbindəki İzmir liman şəhərində iki ABŞ hərbçisi Amerika əleyhinə gənclər qrupunun üzvləri tərəfindən fiziki hücuma məruz qalıb", - yerli hakimiyyət orqanları bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hücumda şübhəli bilinən Türkiyə Gənclik Birliyinin (TGB) 15 üzvünü saxlayıb. Saxlanılanlar müxalif millətçi Vətən Partiyasının gənclər təşkilatının üzvləridir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top