Manşet
Saat24.Az xəbər verir ki,bu sözləri jurnalist Nurlan Cəfəri Fecebuk səhifəsində paylaşım edib.
Paylaşımı olduğu kimi sizə təqdim edirik.
Bilənlər bilir, 10 ildən yuxarı Sovetskidə kirayədə yaşamışam. Onun da son 2 il yarımı Elnur Allahverdiyev in Sovetskidəki deputatlıq dönəminə təsadüf edib. Sovetskinin E. Allahverdiyevə qədər də deputatı olub, E. Allahverdiyevdən sonra da deputatı oldu amma o ərazilər, o yaşayış məntəqələri çətin Elnur Allahverdiyev kimi deputat görə. Qapısına gələn ağır xəstəni də öz şəxsi qazancı ilə əməliyyat etdirirdi (bəli, məhz əməliyyat) , qapısına gələn kasıbın da cibinə pul qoyub mütəmadi ailənin vəziyyəti ilə maraqlanırdı, küçədən, yoldan şikayət edənin də şikayətinə gəlib yerindəcə şəxsən baxıb nə edə bilərsə, nə etmək səlahiyyəti varsa məsələ həll olunana qədər məşğul olurdu. Şəxsən mənim gözü görməyən amma əməliyyatla düzəldilmə ehtimalı olan qonşumun gözünü özü şəxsi vəsaiti ilə əməliyyat etdirmişdi. O qonşunun valideyni sadəcə Elnur müəllim ərazidə ikən yaxınlaşıb kömək istəmişdi.
Mən özüm bir dəfə qonşuların bəzi küçələrin işıqsızlıq problemini köməkçisinə çatdırmışdım, uzağı 1 həftəyə həmin küçələr işıqlandırıldı. Pandemiya vaxtı bütün dairə ərazisində yaşayanlara ərzaq yardımı edilən vaxt məhəlləmizə şəxsən gəlib bölgünün düzgün aparılmasına nəzarət edən köməkçisinə küçələrdən birinin pis vəziyyətdə olduğunu demişdim, həmin küçəni göstərdim hətta. Həmin küçəyə asfalt çəkildi.
Sadalamağa o qədər şey var ki, şəxsən özüm Elnur Allahverdiyevin özünə onun təbliğat kampaniyasında öz küçəmizdə yaxından iştirak etmədiyimə təəssüfləndiyimi bildirmişdim. Çünki, Sovetskini gözəlləşdirmiş, sakinlərini isə sevindirməyi özünə vəzifə borcu hesab edən bir deputata görə bir sakin üçün vacib və şərt idi.
Təəssüf, son çağırış seçkilərində YAP onun yerinə başqa namizədi irəli sürdü amma özü də bilir ki, o Sovetski sakinlərinin yadından çıxmayacaq və yeri həmişə görünəcək. Ümid edirəm yeni deputat onun yoxluğunu hiss etdirməz.