Muxtar Babayev COP29-dan danışdı

Sadə xəbər
CƏMİYYƏT 03.09.2024 2095

Dəniz səviyyələrindəki dəyişikliklər kiçik ada dövlətləri üçün ekzistensial riskdir.

"Saat24.az" xəbər verir ki, bunu BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təşkil edilən “İqlim şəffaflığı sahəsində Yüksək səviyyəli dialoq”da COP29 prezidenti Muxtar Babayev deyib.

O bildirib ki, son 10 ildə dəniz səviyyəsi əvvəlkindən iki dəfə çox sürətlə qalxıb:

"İqlim dəyişikliyi ilə bağlı fəsadlar tez-tez baş verir. Buna görə də biz COP29-da iqlim dəyişikliyinə qarşı fəaliyyətimizin uğurlu olması üçün Paris Sazişi üzrə əlimizdən gələni etməliyik. Şəffaflıq bu səylərin əsas hissəsidir".

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top