Böyürtkənin faydaları

Manşet
CƏMİYYƏT 28.08.2024 3326

Böyürtkən hələ qədim zamanlardan bir çox xəstəliklərin müalicəsində dərman kimi istifadə olunur. Vitaminlərlə zəngin olan böyürtkənin insan sağlamlığı üçün bir çox faydaları var.

"Saat24.az" böyürtkənin sağlamlıq üçün əhəmiyyətli faydalarını təqdim edir:

- Antioksidantlarla zəngindir;

- Böyürtkən özündə yüksək miqdarda antioksidant ehtiva edir. Antioksidantlar sərbəst radikalların yaratdığı hüceyrə zədələnməsinin qarşısını alaraq xərçəng kimi xroniki xəstəliklərin riskini azaldır.

- Böyürtkən C,K,E vitamini, folat və manqan kimi vacib vitamin və minerallarla zəngindir. C vitamini immunitet sistemini gücləndirdiyi halda, K vitamini sümük sağlamlığı üçün olduqca vacibdir.

- Böyürtkən yüksək lif tərkibi ilə həzm sisteminə kömək edir. Lif bağırsaq hərəkətlərini tənzimləyir və qəbizliyin qarşısını alır. Bundan əlavə, lif istehlakı ürək sağlamlığını dəstəkləyir;

- Böyürtkəndə olan antosiyaninlər və digər flavonoidlər ürək sağlamlığını qoruyur. Bu birləşmələr qan təzyiqini aşağı salmağa, xolesterol səviyyələrini tarazlaşdırmağa və damarların sağlamlığını qorumağa kömək edə bilər.

- Qan şəkərini tənzimləyir;
Böyürtkən şəkər xəstələri üçün faydalı olan aşağı glisemik indeksi sayəsində qan şəkərini tənzimləyə bilər.

- Dəri sağlamlığını dəstəkləyir;
Böyürtkənin tərkibindəki C vitamini və antioksidantlar dəri sağlamlığını qoruyur. Vitamin C kollagen istehsalını dəstəkləyir, dərinin elastikliyini artırır və qocalma əlamətlərini azaldır.

- Yaşlılığın yaratdığı yaddaş problemlərindən qoruyur.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top