Kurskda qanunsuz çəkilişlər edən jurnalistlərə cinayət işi açıldı

Sadə xəbər
DÜNYA 27.08.2024 2331

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Kursk vilayətinin Sudja şəhərinə sərhədi keçərək qanunsuz daxil olan jurnalistlərə qarşı cinayət işi açıb.

"Saat24.az" xəbər verir ki, bu barədə Rusiya Federasiyası FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. 

Almaniyanın "Deutsche Welle" yayım korporasiyasının müxbiri Nikolas Saymon Konolli və Ukraynanın “1+1” telekanalının müxbiri Nataliya Naqornaya qarşı iş başlanıb.

FSB-nin məlumatına görə, bu jurnalistlər Sudja ərazisində videolar çəkirmiş.

Konolli və Naqornaya həbs olunarsa, onları 5 ilə qədər həbs gözləyir.

Avqustun 6-dan Rusiya silahlı qüvvələri Kursk vilayətində Ukrayna bölmələri ilə döyüşür. Avqustun 10-dan etibarən bölgədə antiterror əməliyyatı rejimi tətbiq olunur .

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top