Səmada "planetlərin paradı" başlayır

Manşet
DÜNYA 27.08.2024 3341

Avqustun 28-də səhər saatlarında altı planet və Yerin peyki Günəşin bir tərəfində düzülərək "planetlərin şərti paradı"nı təşkil edəcək.

"Saat24.az" xəbər verir ki, Veneradan başqa bütün planetlər Yer səmasında Günəşin bir tərəfində yerləşəcək və eyni zamanda görünəcək.

Merkuri, Mars, Yupiter və Uran səmanın şərq hissəsində, Neptun və Saturn isə cənub-qərbdə olacaq.

Qeyd edək ki, “Planetlər paradı” Günəş sistemində iki formada olur: Kiçik planetlərin paradı - bu hadisə Günəş sistemindəki kiçik planetlərin, yəni Merkuri, Venera, Yer və Marsın iştirakı ilə baş verir; Böyük planetlərin paradı - bu hadisə isə Uran, Saturn, Yupiter, Neptunun iştirakı ilə yaşanır. Lakin bəzən bu planetlərin hamısı bir düz xətt boyunca düzülür ki, bu, “Planetlərin əsl paradı” adlanır”.

Növbəti böyük planet paradı 28 fevral 2025-ci ildə baş tutacaq. Saturn, Merkuri, Neptun, Venera, Uran axşam səmasında düzüləcək və onların yanında (şərqdə) parlaq Yupiter və Mars olacaq. Yeddi planetin hamısı Günəşin eyni tərəfində olacaq.

XƏBƏR LENTİ
11.11.2024 2396

DİGƏR XƏBƏRLƏR

Loading
Top