Durovun mühafizəçisi və köməkçisi sərbəst buraxıldı

Sadə xəbər
DÜNYA 27.08.2024 2221

Müstəntiqlər Fransada saxlanılan "Telegram" messencerinin həmtəsisçisi Pavel Durovun mühafizəçisi və köməkçisini azad ediblər. 

"Saat24.az" xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.

Digər təfərrüatlar verilmir. 

Qeyd edək ki, Durov avqustun 24-də Le Burje hava limanında həbs edilib və ertəsi gün onun həbs müddəti 96 saata qədər uzadılıb. Paytaxt prokurorluğu onu xüsusilə "narkotik vasitələrin qanunsuz dövriyyəsində, uşaqlara qarşı cinayətlərdə və dələduzluğa şərik olmaqda" ittiham edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top