Energetika Nazirliyi qaz abonentlərini qazlamağa başlayıb !
Redaksiyamıza daxil olan növbəti şikayət Azəriqaz İB in əməkdaşlarının Energetika nazirliyinin təsdiq etdiyi qərar adı altında vətəndaşlara cərimələrin yazılması ilə bağlıdır.
Huquqaz xəbər verir ki, məsələyə aydınlıq gətirmək üçün Azəriqaz İB müraciət etdik. Müraciətimizə cavab olaraq Azəriqaz rəsmiləri baş verən halı təsdiq etdilər və qaydalara görə cəriməni Energetika nazirliyinin tərkibindəki Enerji nəzarət agentliyi yazır , biz isə abonentdən alırıq deyə bildirdilər.
Nazirliklə əlaqə saxladıqda isə bu suala cavabı agentliyin sədri Samir Axundov və agentliyin departament rəhbəri Pərviz müəllimdən soruşun kimi cavab verdilər. Agentlik bizə tabe olsalar da sərbəst işləyirlər, Nazirliyi bu işlərə qatmayın dedilər. Agentliyin sədri və departament rəhbərlərinə telefon bağlantısı və rəsmi email- nə yazılı müraciyət etməyimizə baxmayaraq heç bir təsdiq və ya inkar cavabı ala bilmədik.
Yenidən Azəriqaz İB yə dönüş etdik və orada yenə bizə bildirdilər ki, bəli agentlik yazıb cəriməni ! Onlar tərəfindən yazılmasına baxmayaraq abonentlərə bildiriş Azəriqazın əməkdaşları tərəfindən təqdim olunur.
Azəriqaz rəsmisi dedi ki, narazılıq bildirən vətəndaşlar getsin Agentliyi versin məhkəməyə ! Başqa bizlik iş yoxdur ! Sərəncam var, biz cərimə yazmırıq deyə cavab verdilər .
Sonda vətəndaşın ümidi yenə qalır məhkəməyə . İnanırıq ki, məhkəmə Ədalət tərəzisində kimin haqqlı kimin haqqsız olduğunu bildirəcək .
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!