Pentaqon işçisi türk mühəndis FTB tərəfindən həbs edildi

Sadə xəbər
DÜNYA 12.08.2024 4259

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) qərargahında elektrik mühəndisi işləyən ABŞ və Türkiyə vətəndaşı Gökhan Gün FTB tərəfindən həbs edilib.

"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, Gün Meksikaya getmək üçün hava limanında FTB tərəfindən  "Çox məxfi" qeydli sənədləri çap etdirdiyi iddia edilərək saxlanılıb. 

Bildirilib ki, İstanbulda anadan olan Gün 2001-ci ildə iş vizası ilə ABŞ-yə gəlib, 2012-ci ildə yaşayış icazəsi alıb, 2021-ci ildə ABŞ vətəndaşı olub, lakin Türkiyə vətəndaşlığından imtina etməyib.

Virciniyada iki, Florida və Texasda bir evi olduğu bildirilən Gününün keçən ilin sentyabr ayında ABŞ Müdafiə Nazirliyində (Pentaqon) elektrik mühəndisi olaraq işə başladığı bildirilib.

İşi ilə əlaqədar “Tam məxfi” sənədlərə giriş icazəsi olan Gününün qanuna görə cinayət sayılan “Tam məxfi” dövlət sirri sənədlərini iş yerində, daha çox iş saatları xaricində çap etməyə başladığı iddia edilib.

Fakt araşdırılır. 

XƏBƏR LENTİ
10.10.2024 2055

DİGƏR XƏBƏRLƏR

Loading
Top