Sadə xəbər
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın yüksək rütbəli üzvlərindən birini öldürüb.
"Saat24.az" xəbər verir ki, bu barədə İsrail ordusu "Telegram" kanalında məlumat paylaşıb.
"İsrail Müdafiə Qüvvələri (IDF) və Baş Təhlükəsizlik Xidməti (Şin Bet) Yəhudeya və Samariyada terror aktları törətmiş HƏMAS üzvünü Qəzza zolağında məhv edib",- məlumatda qeyd olunub.