Pezeşkian Xameneidən İsrailə hücum etməməyi istədi

Sadə xəbər
DÜNYA 08.08.2024 2371

İranın yeni prezidenti Məsud Pezeşkian İranın ali dini lideri Əli Xameneini İsrailə qarşı “cavab zərbəsi”ni dayandırmağa çağırıb.

"Saat24.az" xəbər verir ki, bu barədə Londondan fars dilində yayımlanan İran Beynəlxalq telekanalı məlumat yayıb.

Pezeşkian bunu ölkə üçün dağıdıcı nəticələrə səbəb ola biləcəyi ilə əlaqələndirib.

Telekanalın məlumatına görə, Xamenei ilə görüşdə Pezeşkian İsrailin İranın milli infrastruktur və enerji obyektlərinə hücumlar şəklində hücumuna dərhal cavab verməsinin ölkə iqtisadiyyatını iflic vəziyyətinə sala biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Pezeşkian, həmçinin, SEPAH generallarının döyüşkən ritorikası ilə İranı arzuolunmaz müharibəyə sürükləyə biləcəyindən ehtiyat etdiyini bildirib.

Telekanal iddia edir ki, Xamenei öz nöqteyi-nəzərini bildirmədən prezidentin arqumentlərini dinləyib.

XƏBƏR LENTİ
11.10.2024 3645
10.10.2024 2055

DİGƏR XƏBƏRLƏR

Loading
Top