Sadə xəbər
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 11-125-ci km-lik hissəsində yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işləri aparılacaq.
Bu barədə "Saat24.az"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilir ki, sözügedən işlərin icrası bu gün saat 14:00-dan başlayaraq 11 avqust saat 18:00-dək davam edəcək.
"Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - agentlik qeyd edib.